Microsoft Lumia 535 - Telefonu simsiz doldurun

background image

Telefonu simsiz doldurun
Kabellərdən istifadə etməyə ehtiyac yoxdur, sadəcə olaraq cihazınızı simsiz adapterin üzərinə

qoyun və o, dərhal doldurulmağa bașlayacaq.
Simsiz doldurma bütün telefonlar tərəfindən dəstəklənmir. Mümkünlük üçün

www.microsoft.com/mobile/support/wpfeatures ünvanına daxil olun.

© 2015 Microsoft Mobile. Bütün hüquqlar qorunur.

8

background image

Simsiz doldurmanın işləməsi üçün sizə simsiz doldurma qapağı lazım ola bilər. Qapaq satıș

paketi ilə birgə təmin olunur və ya ayrıca satılır. Yalnız telefonunuz üçün nəzərdə tutulmuş

orijinal Lumia simsiz doldurma qapaqlarından istifadə edin.
Simsiz adapterlər ayrıca satılır.
Telefonun doldurulma sahələri və adapter bir-birinə toxunmalıdır, buna görə də, telefon və

adapteri düzgün yerləșdirin. Telefon modellərinin hamısı bütün adapterlərlə uyğun gəlmir.

Yalnız cihazınıza uyğun gələn simsiz adapterlərdən istifadə edin.
1. Simsiz adapter ișlək vəziyyətdə olmalıdır.

2. Əgər telefonunuz üçün simsiz doldurma qapağı lazımdırsa, onun telefonunuza düzgün

şəkildə qoşulduğuna əmin olun.

3. Telefonunuzu simsiz adapterin üstünə elə qoyun ki, yükləmə sahələrinə toxunsun.

4. Batareya yüklənən kimi telefonunuzu adapterdən ayırın.

Xəbərdarlıq: Adapter və cihaz arasında heç bir əşya olmadığını yoxlayın. Doldurulma

sahəsinin yanında cihazın səthinə heç nə, məsələn, stikerlər yapışdırmayın.

Simsiz doldurma haqqında ətraflı məlumat üçün adapterinizin istifadəçi təlimatına və simsiz

doldurma qapağına baxın.

© 2015 Microsoft Mobile. Bütün hüquqlar qorunur.

9