Telefonu USB adapteri ilə doldurmaq
Batareyanız zavodda qismən doldurulur, lakin ilk dəfə telefonu yandırmazdan əvvəl onu
yenidən doldurmalı ola bilərsiniz.
Telefonunuzu doldurmaq üçün müvafiq USB kabelindən istifadə edin. Adapter ayrıca satıla
bilər.
1. Adapteri divar rozetkasına qoşun. Lazım gələrsə, USB kabelini adapterə qoşun.
2. Adapter kabelinin micro-USB sonluğunu telefonunuza qoşun.
© 2015 Microsoft Mobile. Bütün hüquqlar qorunur.
7
3. Batareya dolu olduqda, adapteri telefondan, sonra divardakı enerji mənbəyindən ayırın.
Batareyanı doldurmaq üçün müəyyən doldurulma limiti yoxdur və telefondan doldurulma
zamanı istifadə edə bilərsiniz.
Əgər batareya tam boşalarsa, enerji doldurma göstəricisinin görünməsi 20 dəqiqə çəkə bilər.
İşarə:Divar rozetkası olmadıqda USB ilə doldurulmadan istifadə edə bilərsiniz. Cihaz
doldurularkən məlumat ötürülə bilər. USB ilə doldurulmanın effektivliyi əhəmiyyətli
dərəcədə fərqlənə bilər və doldurulmanın başlaması və cihazın fəaliyyətə başlaması uzun
müddət çəkə bilər.
Kompüterin işlək vəziyyətdə olmasını təmin edin.
Əvvəlcə USB kabelini kompüterə, sonra telefona qoşun. Batareya dolu olduqda, əvvəlcə
USB kabelini telefondan, sonra kompüterdən çıxardın.
Batareya dəfələrlə doldurula və boșaldıla bilər, lakin vaxt keçdikcə batareya köhnəlir. Danıșmaq
və gözləmə rejimlərinin vaxtı normal vaxtdan qısadırsa, batareyanı dəyișin. Danışma və
gözləmə rejimlərinin vaxtı normal vaxtdan xeyli qısadırsa, batareyanı dəyişdirmək üçün cihazı
ən yaxın səlahiyyətli xidmət mərkəzinə aparın.