Microsoft Lumia 535 - Təhlükəsizliyiniz üçün

background image

Təhlükəsizliyiniz üçün

Bu sadə göstərişləri oxuyun. Bu göstərişlərə əməl olunmaması təhlükəli və ya yerli qanun və

nizamnamələrə qarşı ola bilər.

QADAĞAN EDİLƏN YERLƏRDƏ SÖNDÜRÜN
Simsiz telefonların istifadəsinə icazə verilmədiyi hallarda və ya bunun nəticəsində

maneə və ya təhlükə törədilə bilərsə, məsələn, təyyarədə, xəstəxanada və ya tibbi

cihazların, yanacağın, kimyəvi maddələrin və ya partlayıcıların yaxınlığında telefonu söndürün.

Məhdud ərazilərə dair bütün təlimatlara əməl edin.

YOL TƏHLÜKƏSİZLİYİ BİRİNCİ GƏLİR
Bütün yerli qanunlara riayət edin. Avtomobili idarə edərkən əllərinizi idarə üçün boş

saxlayın. Avtomobili idarə edərkən siz ilk növbədə yol təhlükəsizliyi qaydalarını

düşünməlisiniz.

MÜDAXİLƏ
Bütün simsiz cihazlar maneələrə həssas ola bilər və bu onların iş keyfiyyətlərinə təsir

göstərə bilər.

KEYFİYYƏTLİ XİDMƏT
Yalnız müvafiq ixtisasa malik olan işçilər bu məhsulu quraşdıra və ya təmir edə bilər.

BATAREYALAR, ADAPTERLƏR VƏ DİGƏR AKSESSUARLAR
Bu cihaz üçün yalnız Microsoft Mobile tərəfindən təsdiq edilmiş batareyalar, adapterlər

və digər aksessuarlardan istifadə edin. IEC/EN 62684 ilə müvafiq olan və cihazınızın

micro-USB məlumat portuna qoşula bilən üçüncü tərəflərə məxsus adapterlər bu cihazla

uyğun gələ bilər. Uyğun olmayan məhsulları qoşmayın.

CİHAZINIZI QURU SAXLAYIN
Cihazınız suya davamlı deyil. Onu quru vəziyyətdə saxlayın.
ŞÜŞƏ HİSSƏLƏR
Cihazın ekranı şüşədən hazırlanıb. Əgər cihaz sərt səthin üzərinə düşərsə və ya güclü

təsirə məruz qalarsa bu şüşə sına bilər. Əgər şüşə sınarsa, şüşə hissələrinə toxunmayın

və ya sınmış şüşəni cihazdan təmizləməyə cəhd etməyin. Şüşə ixtisaslı xidmət heyəti tərəfindən

dəyişdirilənə qədər cihazdan istifadə etməyin.

EŞİTMƏ QABİLİYYƏTİNİZİ QORUYUN
Eşitmə qabiliyyətinizin zədələnməsinin qarşısını almaq üçün uzun müddət yüksək səs

səviyyəsi ilə qulaq asmayın. Səsucaldandan istifadə etdikdə cihazı qulağınıza yaxın

tutarkən ehtiyatlı olun.

© 2015 Microsoft Mobile. Bütün hüquqlar qorunur.

5