Microsoft Lumia 535 - İtmiș telefonu tapmaq

background image

İtmiș telefonu tapmaq
Telefonunuzu hara isə qoymusunuz və ya onun oğurlandığını düșünürsünüz? Telefonunuzu

tapmaq üçün Telefonumu tap istifadə edin və uzaqdan onda olan bütün məlumatları kilidləyin

və ya silin.
Telefonunuzda Microsoft hesabı olmalıdır.
1. Kompüterinizdə www.windowsphone.com seçiminə keçin.

2. Telefonunuzda olan Microsoft hesabı ilə daxil olun.

3. Telefonumu tap seçin.
Bunu edə bilərsiniz:
• Telefonunuzu xəritədə tapmaq
• Hətta səssiz rejim yanılı olsa belə, telefonun zəng melodiyası çalmasını təmin etmək
• Telefonu kilidləmək və geri qaytarmaları üçün ekranda mesaj görünməsini təmin etmək
• Telefonda olan məlumatları kənardan silmək
Mümkün seçimlər fərqlənə bilər.

İşarə:Telefonunuzu hər bir neçə saatdan sonra olduğu yeri avtomatik olaraq yadda

saxlamağı qura bilərsiniz. Telefonunuzun batareyası olmazsa, siz hələ də onun son

saxlanmış yerinə baxa bilərsiniz. Başlama ekranında ekranın yuxarısından aşağı çəkin və

Bütün parametrlər > Telefonumu tap toxunun.